Özünü asan Göygöl rayon sakini xilas olunub.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, rayonun Üçtəpə kənd sakini 1971-ci il təvəllüdlü C.Cümşüdov özünü asaraq intihar edən zaman yaxınları tərəfindən son anda xilas edilərək xəstəxanaya çatdırılıb. 48 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.