Özünü Bred Pitt kimi tanıdaraq yaşlı qadından 170 min pul aldı

Özünü Bred Pitt kimi tanıdaraq yaşlı qadından 170 min pul aldı
DÜNYA
15:44 06.07.2023
509
İspaniyanın Granada əyalətində yaşayan qadın özünü dünyaca məşhur aktyor Bred Pitt olaraq tanıdan şəxsə 170 min avro göndərib.

AZXEBER.COM xəbər verir ki, Bred Pittin fanatı olan qadın sosial mediada özünü məşhur aktyor kimi təqdim edən biriylə ünsiyyətə başlayıb.
Bred Pittin montajlanmış şəkillərini istifadə edən dolandırıcı qadına sevgi dolu mesajlar göndərib. 

Ona pul göndərərsə, İspaniyada çəkəcəyi filmdə rol verəcəyinə sözü verib. 

Saxtakarlıq edən şəxsin sözlərinə inanan qadın ona 170 min avro göndərib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR