Özünü dənizə atan gənc şairin meyiti tapıldı

Özünü dənizə atan gənc şairin meyiti tapıldı
SOSİAL
17:18 09.01.2018
1560
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında şair Məlik Cahanın meyitinin tapılması ilə bağlı məlumat yayımlanıb.
 
Məlumatda deyilir: Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batmışdır. Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.
OXŞAR XƏBƏRLƏR