Üzünü it yedi, 2 il sonra möcüzə baş verdi -FOTO

DÜNYA
15:55 07.01.2014
3041
Üzünü it yedikdən sonra həyatı kabusa çevrilən qadın iki ildən sonra görə bilib. 100-cü əməliyyatdan sonra britaniyalı qadının görməsi bərpa olunub.
53 yaşlı alkoqol düşkünü olan xanım Vendi Hamridinq pilləkəndən yıxılıb. Huşsuz vəziyyətdə olana qadına kömək etmək istəyən it onun üzünü çeynəyib.
İki saat huşsuz vəziyyətdə qalan qadını "Rhodesian Ridgeback" cinsindən olan Kessi adlı iti onu ayıltmağa çalışıb. Amma bu cəhdləri zamanı, dişləmələrdən qadının üzündə yaranan qan itin təbii instinktini üzə çıxarıb və Kessi sahibəsinin sağ gözünü yeyib, göz ətrafı sümüklərini gəmirib. Bundan sonra iti iynə ilə öldürüblər, həkimlər insan qanının dadını bilən itin təhlükəli ola biləcəyi qərarına gəliblər.
Hadisədən keçən 2 il ərzində xanım Hamridinq çoxlu sayda əməliyyatlara girib. Həkimlər onun köpək dişlərini çıxardaraq formasını dəyişib və “optik silindr” adı olan süni gözətrafı sümük protezi düzəldiblər. İndi qadın itin hücumundan sonra ilk dəfə sol gözü ilə yenidən görə bilir. Bütün olanlara baxmayaraq, xanım Hamridinq öz itini günahlandırmır. O deyir ki, itinə onun həyatını xilas etdiyinə görə minnətdardı. O, görməsini itirsə də, it həyatını spirtli içki düşkünü kimi miskin ölümdən xilas edib. Gündə 1 litr araq içən və səhər yuxudan duran kimi butılkanı əlinə alan Vindi uzun illər idi ki, arağı tərgidə bilmirmiş. İndi o, həyatını spirtli içki və narkotik aludəçilərinə kömək etməklə keçirtmək istədiyini bildirir.(publika.az)

OXŞAR XƏBƏRLƏR