"20 Yanvar” dairəsində özünü maşınların altına ataraq təhlükə yaradan şəxslə bağlı ötən gün görüntülər yaymışdıq.
AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində həmin şəxsin kimliyi polis tərəfindən müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir”, - nazirliyin məlumatında vurğulanıb.