Özünü pəncərədən atan məktəblı qız öldü

Özünü pəncərədən atan məktəblı qız öldü
SOSİAL
12:05 06.04.2019
10276
Özünü pəncərədən atan məktəblı qız ölüb.

Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a faktı təsdiqləyiblər. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.

Anası Sevil Hacıyeva qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.
OXŞAR XƏBƏRLƏR