Xaçmazda qatarın vurduğu şəxs FHN əməkdaşı imiş - Foto

Xaçmazda qatarın vurduğu şəxs FHN əməkdaşı imiş - Foto
SOSİAL
10:55 05.05.2025
438
Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

İlkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun işdən kənar vaxtda internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

"Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR