“Özünün məişət problemlərinə görə sabitliyi pozmağa çalışır” - Əli Hüseynli

“Özünün məişət problemlərinə görə sabitliyi pozmağa çalışır” - Əli Hüseynli
SİYASƏT
18:51 27.04.2020
1184
"Nəinki xalq arasında, artıq müxalif cəbhədə də sirr deyil ki, siyasi müstəvidə radikallığın əsasını, siyasi dialoqda radikal ünsiyyətin ən böyük nümunəsi Əli Kərimovdur. O, hətta müxalif cəbhədə də həmkarlarına qarşına radikal siyasi basqılardan çəkinmir. Bunu bir sıra müxalifət partiya liderlərinin açıqlamalarında da izləyə bilərsiniz”.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin I vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AXCP sədrinin son bəyanatı ilə bağlı bildirib.

 
Əli Hüseynli qeyd edib ki, AXCP sədrinin radikal ittihamlarından fərqli olaraq Azərbaycan iqtidarı heç bir siyasi mövqeyə görə fərq qoymur: "Bunun bariz nümunələrindən biri fəaliyyətində daim Azərbaycan iqtidarını sərt ittihamlarla tənqid edən Oqtay Güləliyevin Heydər Əliyev Fondunun maliyyə hesabı ilə, fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə Türkiyədə müalicə almasıdır”.

Komitə sədri Azərbaycan iqtidarının daim müxalifətlə dialoqa açıq, təşəbbüskar olmasını xatırladaraq bildirib ki, bu təşəbbüs yeni seçilən Milli Məclis deputatlarının qarşısında çıxışı zamanı ən ali səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də şəxsən səsləndirilib: "Bununla, Prezident Administrasiyasının müvafiq şöbəsində əksəriyyət müxalifət partiyaları ilə görüşlər keçirildi, ölkə əhəmiyyətli bütün mövzular müzakirə olundu, təkliflər nəzərə alındı. Dialoq mühiti daha da fəallaşdı. Necə ola bilər ki, bu dialoq prosesini, müvafiq şöbənin yaradılmasını və digər prosesləri yerli və beynəlxalq ictimaiyyət dəstəkləsin, amma bu marginal qrup bunu anlamasın?”.

Ə. Hüseynli deyib ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müxalif namizədlərin fəal iştirakı və bir çoxunun qələbəsi, hazırda parlamentdə nəinki komitə sədrləri səviyyəsində, rəhbərlik səviyyəsində müxalifətin təmsil olunması qeyd olunan proseslərə əyani sübutdur: "Bu, AXCP adlı qurumun sədrinin arqumentlərini heçə endirdi. Sadəcə olaraq, onun təlimat aldığı qüvvələrin ona tamam fərqli tapşırıqları var. Bəyanatında açıq-aşkar insanları özünün şəxsi məişət probleminə görə küçələrə, sabitliyi pozmağa çağırır. Özü özünü təcrid edir və bunu bütün dünyaya elan edərək özünü gülünc vəziyyətə salıb. Hazırda bütün dünyada karantin dövründə internet hər yerdə problemdir, hansı ki, bunu qabartmaq məntiqsizdir. Onu Azərbaycan hakimiyyəti yox, bütövlükdə cəmiyyət, xalq özünün keçmiş siyasi həmfikirləri təcrid edib. İndiki hay-küyü isə ona himayədarlarından növbəti tapşırıqdır ki, Azərbaycanda siyasi dialoqu əngəlləsin, bu çətin günlərdə ictimai mühitdə xaos yaratsın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb