Özünüzü “Eris” variantından belə qoruya bilərsiniz

SAĞLAMLIQ
13:36 21.09.2023
419
"Covid-19”un "Omicron” variantının alt növü olan "Eris” digər SARS-CoV-2 virus variantlarında olduğu kimi, ən çox yuxarı tənəffüs yolları infeksiyası simptomları ilə özünü göstərir.

AZXEBER.COM xəbər verir ki, Klinik Mikrobiologiya Mütəxəssisi Əli Acar Covid-19-un "Eris” variantının yaratdığı xəstəlikdən qorunmaq üçün alınması lazım olan qoruyucu tədbirlərin əvvəlki variantlardan heç bir fərqi olmadığını bildirib.

O, indiyə qədər verilən məlumatlara əsaslanaraq, "Eris” variantının peyvənd və ya əvvəlki xəstəlikdən sonra yaranan antikorlardan qaçaraq yoluxma və ya xəstəliyə səbəb ola biləcəyini ifadə edib.

"Eris” variantının səbəb olduğu infeksiyaların Omicron və ya əvvəlki variant infeksiyalarından daha şiddətli olmadığını ifadə edən Acar deyib:

"Eris variantı infeksiyaları yüngül gedişə meyllidir və xəstəxanaya yerləşdirmə və ya ölümə səbəb olma tezliyi yüksək deyil. Daha yüngüldür. "Əlləri tez-tez yumaq lazımdır. Xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra. Həmçinin, vətəndaşlar kəskin respirator infeksiyanın simptomlarını daşıyan şəxslər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamalı, əllərini yumalıdırlar"”.

Gülay

OXŞAR XƏBƏRLƏR