Zurabişvili də İlham Əliyevi təbrik etdi

Zurabişvili də İlham Əliyevi təbrik etdi
SİYASƏT
13:51 24.12.2019
1992
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm”.
OXŞAR XƏBƏRLƏR