Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Son illər Azərbaycanın səhiyyə sistemində mərhələli islahatlar həyata keçirilir. Bu islahatların əsas istiqaməti icbari tibbi sığorta modelinin tətbiqi və xidmətlərin maliyyələşdirilməsi mexanizminin yenidən qurulması ilə bağlıdır. Mərhələli şəkildə xidmətlər paketinin genişlənməsi, əlçatanlığın artırılması bu sahəyə dövlət himayəsinin güclənməsi ilə yanaşı, cəmiyyətin sosial baxımdan müxtəlif təb...