Yağış bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Yağış bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
SOSİAL
12:43 14.04.2026
738
Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, məlumatına əsasən yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR