Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbulu açıq elan olunur!
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur. Sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.
...