Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-də, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq....