Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO

Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub - FOTO
İDMAN
23:18 25.01.2020
7874
AFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib.

"Report” xəbər verir ki, 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib.

Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün bu gün "Elektra Events Hall”da xüsusi gecə təşkil olunub. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının səfiri Vəli Qasımov, Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib. Çıxışlar zamanı Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda "Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub. Rövnəq Abdullayev və Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin və könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlardan sonra Rövnəq Abdullayev, Azad Rəhimov və Elxan Məmmədov tərəfindən Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstək və fəaliyyətə görə mükafatlar təqdim edilib. Eyni zamanda, 4 ən aktiv könüllü hədiyyələrlə təltif olunub. 1500-dən çox könüllünün qatıldığı gecənin sürpriz qonağı isə sevilən müğənni Dilarə Kazımova olub. Daha sonra gecə əyləncə proqramı ilə davam edib.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
19:10 26.10.2026
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
18:57 26.10.2026
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
18:40 26.10.2026
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
18:28 26.10.2026
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
18:27 26.10.2026
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
18:12 26.10.2026
Rusiya FTX: Ukrayna Moskvanın HHM sisteminə zərbə endirməyi planlaşdırıb
Keçmiş icra başçısı vəfat etdi
17:49 26.10.2026
Keçmiş icra başçısı vəfat etdi
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
17:35 26.10.2026
Qorxulu "Hallouen" obrazları uşaqların psixologiyasına necə təsir edir? – Psixoloqdan xəbərdarlıq
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:32 26.10.2026
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
Çingiz Aytmatovun bacısı vəfat etdi
17:23 26.10.2026
Çingiz Aytmatovun bacısı vəfat etdi
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
17:15 26.10.2026
Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
17:14 26.10.2026
Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı
17:12 26.10.2026
Deputatın oğluna bu qədər cəza verilə bilər - Vəkil danışdı
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
16:53 26.10.2026
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
“X”dəki provokasiya və ya Ərbakan niyə sakitləşmir? - KÖŞƏ
16:31 26.10.2026
“X”dəki provokasiya və ya Ərbakan niyə sakitləşmir? - KÖŞƏ
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri
16:30 26.10.2026
Qarşınızdakı insanın yalan danışdığını necə bilmək olar? - Bədən dilinin gizli işarələri