Qolu avtoqol sayıldı, özü isə zədələndi

Qolu avtoqol sayıldı, özü isə zədələndi
İDMAN
23:06 25.10.2026
175
"Liverpul”un yarımmüdafiəçisi Florian Virtz "Brayton”la oyunda həm qol sevincindən məhrum olub, həm də zədələnərək meydanı tərk edib.

Premyer Liqanın növbəti turunda "Liverpul” "Brayton”u məğlub edib (2:0). Görüşün 17-ci dəqiqəsində Virtzin zərbəsindən sonra top Paskal Qrossa dəyərək qapıya daxil olub və qol almaniyalı futbolçunun yox, avtoqol kimi qeydə alınıb.

Təxminən bir saatlıq oyundan sonra Yasin Ayari ilə mübarizədə topuğundan zədələnən Virtz əvəzlənib.

"Liverpul”un baş məşqçisi Andoni İraola futbolçunun zədəsinin ciddi görünmədiyini, lakin sıx oyun qrafikinə görə vəziyyətinin izləniləcəyini bildirib.

Qeyd edək ki, bu qələbə "Liverpul”un bütün turnirlərdə ardıcıl dördüncü uğuru olub. Komanda Premyer Liqada mövsümün ilk ev qələbəsini qazanaraq turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib.
 
///qol.az///
OXŞAR XƏBƏRLƏR