Ukraynanın zərbələri Belqorodda yaşayışı son dərəcə çətin, hətta qeyri-mümkün edə bilər. Yerli hakimiyyət orqanları belə bir ssenarini nəzərdən keçirirlər.
Bu barədə "Kremlyovskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb.
"Qubernator Aleksandr Şuvayev rəsmi təxliyə elan etmək istəmir, baxmayaraq ki, bir sıra qurumlara iş yerlərinin müvəqqəti köçürülməsinə hazırlaşmaq barədə göstəriş verilib. Eyni zamanda, Belqorod sakinlərinə qarşıdakı qışda şəhərin, çox güman ki, həm elektrik enerjisindən, həm də istilikdən məhrum qalacağı açıq şəkildə deyilmir”, - məlumatda qeyd olunub.
Rusiya Tikinti, Mənzil və Kommunal Xidmətlər Nazirliyindən də bu vəziyyətin təkcə Belqorodda deyil, digər şəhərlərdə də baş verə biləcəyi bildirilib.
Qeyd edək ki, bu gün Ukrayna ordusunun Belqoroda hücumları nəticəsində 1 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Şəhərdə 30 çoxmənzilli və 4 şəxsi evə, 35 avtomobil, 3 inzibati bina, 8 kommersiya və 3 sosial obyektə ciddi ziyan dəyib.
///axar.az///











































