00:28 çərşənbə, 29 Yanvar 2020
GƏNCLİK

Avropa Gənclər Kartı (EYCA) artıq Azərbaycanda

16:38, 08.12.20102151
Avropa Gənclər Kartı (EYCA) artıq Azərbaycanda

   Avropa gənclər kartı nədir?

Avropa gənclər endirim kartıdır və Azərbaycanda Avropa Gəncələr Kartlar Assosiasiya, “Xəzər” İnvestisiya Mərkəzi və ATGTİ birlikdə bu bu proqramı tətbiq edirlər. Bu vəsiqə avropa tələbə biletidir və eyni zamanda endirim kartıdır. Adı gedən vəsiqə 12-30 yaşları arasındakı şəxslərə verirlir və bu vəsiqənin istifadəçiləri 41 Avropa ölkəsində 100000-dən çox xüsusi endirim imkanları əldə edirlər. Avropa gənclər proqramının əsas məqsədi gənclərə sosial-iqtisadi baxımdan dəstək olmaqdır. Avropa gənclər Avropa gənclər kartının tətbiqi ilə respublika daxilində və ölkənin xaricində gənclərimizin plastik kartlardan istifadə əmsalı artacaq.

 Qeyd edək ki, adı gedən vəsiqə ümümavropa endirim sisteminə daxil edilib və Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurası gənclər və idman İdarəsi, Avropa Gənclər Forumu, Avropa Könüllülər, Avropa Xostellər Assosiasiya və Avropa Dəmiryolları Assosiasiya tərəfindən dəstəklənir. EYCA-nın şüarı, “Qənaət edilmiş pul, qazanılmış puldur”.            


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ