Azərbaycan şou-biznes nümayəndələrindən sərt reaksiya: ‘Sezen Aksunu Azərbaycana buraxmamaq lazımdır’

Azərbaycan şou-biznes nümayəndələrindən sərt reaksiya: ‘Sezen Aksunu Azərbaycana buraxmamaq lazımdır’
MAQAZİN
12:30 12.03.2012
4012

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Sezen Aksu üç ildir üzərində işlədiyi “Kök” adlı albomuna erməni dilində ifa etdiyi mahnı yerləşdirəcək.

AZXEBER.COM-unməlumata görə, ifaçı məhz qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i erməni dilində səsləndirəcək. Eyni zamanda, albomda müğənnini erməni xoru müşayiət edəcək.

Sezen Aksunun bu hərəkəti Türkiyədə olduğu kimi Azərbaycanda da böyük etiraza səbəb olub. Son günlər sosial şəbəkələrdə və mətbuatın gündəmində ən aktual məsələlərdən biri də məhz budur.

AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün əhəmiyyətli olmasını nəzərə alıb, Azərbaycan şou-biznesində olan müğənnilərin və bəstəkarların fikirlərini öyrənib. İlk olaraq bəstəkar Gövhər Həsənzadə portalımızın suallarını cavablandırıb. Daha sonra isə müğənni Ayaz və Elnur öz fikirlərini bizimlə bölüşüblər.

Gövhər Həsənzadə: “Ümidvaram ki, Sezen Aksu belə bir addımı atmağa son qoyacaq. Amma mənim üçün maraqlı olan bir neçə məqam var. Əgər Sezen Aksu kimi müğənni erməni dilində hansısa bir mahnı oxumaq istəyirsə, o zaman erməni dilində olan digər mahnılardan birini niyə oxumur? Nəyə görə məhz "Sarı Gəlin"? Sezen Aksuyla birilikdə bir çox türk sənətçilər mahnının bizə məxsus olduğunu çox gözəl bilirlər. Az öncə qeyd etdiyim kimi, Sezen Aksu bu qədər böyük bir səhv addımı atarsa, o zaman 50 milyondan çox fanatını itirmiş olacaq. Hətta mən bunu “Eurovision” ərəfəsində ermənilərin növbəti təxribatı kimi də dəyərləndirərdim. Ola bilsin ki, bu cür addımla onlar Azərbaycana qarşı təhqirlərə yol vermək istəyirlər.

Ayaz: “Bu musiqi başdan-ayağa qalmaqallı musiqidir. Mən açığı başa düşə bilmirəm ki, ermənilər nəyə görə bizim olan bir şeydən əl çəkə bilmirlər. Mən bir məqamı diqqətinizə çatdırmaq istərdim. Bu yaxınlarda Yaltada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə beynəlxalq mahnı festivalına yola düşmüşdüm. Mən orada bir çox mahnılar ifa etdim, ancaq ilk olaraq "Sarı Gəlin"lə başladım. Amma Sezen Aksunun bu cür hərəkət etməsi bizi çox məyus etdi. O çox gözəl bilir ki, Azərbaycan və Ermənistan arasında hazırda müharibə gedir və bu cür addım konflikti daha da böyüdə bilər. Mən hətta fikirləşirəm ki, Sezen Aksunu Azərbaycana buraxmamaq lazımdır. Onun mahnılarına və bura gəlib getməsinə ümumiyyətlə qadağa qoyulmalıdır”.

Elnur: “Mən kiməm ki, bu suala daha konkret cavab verim. Bilirsiniz ki, müğənninin sözü hər şeyi həll etmir. Bəs Sezeni Azərbaycana gətirəndə bilmirdilər ki, onun əri ermənidir və onun özü ermənipərəstdir. Onu Bakıya gətirənlərə bu sualı verin və istədiyiniz cavabı alacaqsınız. Çox gözəl bilirsiniz ki, ermənilər bu günə kimi bizim neçə belə mahnılarımızı oğurlayıblar. Allah rəhmət etsin Elza İbrahimovaya. “Gecələr bulaq başı” mahnısını oxumaq üçün müraciət etdim ona, o isə buna icazə vermədi. Ermənilər oğurlayıb özləri oxudular”.

Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək