16:54 şənbə, 16 Dekabr 2017
Maqazin

"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi

14:38, 20.09.20173601
ARB TV-də yayımlanan "Səhər səhər" verilşində maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan müğənni Manaf Ağayev həmkarlarını sərt tənqid edib. O deyib ki, şou aləmində 10 nəfər kişi yoxdur: "O gün dostlarla oturmuşduq, söhbət düşdü ki, bu aləmdə kim 10 nəfər kişi adı çəkər? Əyninə şalvar geyib, mahnı oxumaq kişi olmaq deyil. Kişilik başqa şeydir. Məclisdə 1-2 ad tapa bilmədilər, kimin adı çəkildi, hamı güldü".
 
Manaf Ağayev İzzət Bağırovun köməkçisinin davasından da danışıb: "İzzət neçə illərdi sənətdadir. Bir nəfər də ona zəng edib, demir ki, sənin yanındayıq. Biz buyuq da. Mən səhərdən axşama qədər onun yanındayam, məndən başqa heç kim onu dəstək olmur. Biz buyuq"
 

0
XƏBƏR LENTİ