Bu bankın “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi

Bu bankın “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi
İQTİSADİYYAT
10:35 06.05.2019
3412
Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib. Şöbə bundan sonra fəaliyyətini İsmayıllı rayonu, Mirzə Fətəli Axundzadə küçəsi - 18 ünvanında davam etdirəcək.

Bankın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, ofis geniş ərazidə yerləşir. Bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunub. Burada müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. İsmayıllı şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsinin bundan sonra da davam etdiriləcəyini bildirib: "Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Yenilənmə tədbirlərimiz ən ucqar xidmət ofislərimizi də əhatə edəcək. Hazırda bir çox filial və şöbələrimizdə bu layihə uğurla davam etdirilir. Məqsədimiz müştərilərimizin layiq olduqları ən yüksək xidməti onlar üçün təmin etməkdir. Ümid edirik ki, müştərilərimiz yenilənmiş İsmayıllı şöbəmizdəki şəraitdən məmnun qalacaqlar. Bankımız müştərilərə təqdim etdiyi çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə bu regionun sosial-iqtisadi inkişafında fəal rol oynayacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq