12:33 Bazar Günü, 18 Noyabr 2018
SİYASƏT

‘Əvvəl BDU Rəsulzadənin adını daşıyırdı’ - Abel Məhərrəmov

10:22, 04.12.2013736
‘Əvvəl BDU Rəsulzadənin adını daşıyırdı’ -  Abel Məhərrəmov

Xalq Cümhuriyyətinin yaradıcılarının adı tarixiləşdirilməli, onlara heykəllər qoyulmalı, hətta onlar haqda kitablar yazılmalıdır”

BDU-nun rektoru Abel Məhərrəmov M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı prezidentin sərəncamına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, rektor jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyev mətbuat işçiləri ilə görüşdə də bu məsələyə toxunub:

“Xüsusən Şirməmməd müəllim görüşdə prezidentə öz təşəkkürünü bildirdi. Təbii ki, Təhsil Nazirliyi, AMEA və müvafiq qurumlarda bu məsələ müzakirə olunacaq. Mən əvvəllər də demişəm, yenə də təkrar etmək istəyirəm ki, Xalq Cümhuriyyətinin yaradıcılarının adı tarixiləşdirilməli, onlara heykəllər qoyulmalı, hətta onlar haqda kitablar yazılmalıdır. Əvvəl BDU Rəsulzadənin adını daşıyırdı. Ancaq nəzərə alaq ki, indi universitetlərin heç biri kiminsə adını daşımır".

Abel Məhərrəmov AXC üzvlərinin BDU-nun yaradılmasında xüsusi rolları olduğunu qeyd edib:

“Reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyətinin üzvləri BDU-nun yaranmasında parlamentdə xüsusi işlər görüblər. Təxminən beş gün BDU-nun yaradılması istiqamətində müzakirələr gedib. Təbii ki, Rəsulzadənin BDU-nun yaranmasında rolu əvəzsizdir. Lakin onun heykəlinin harada qoyulacağı və adının harada tarixiləşəcəyi hələ ki, məlum deyil. Bu barədə təbii ki, müzakirələr aparılacaq. Rəsulzadənin BDU-da anım günü qeyd ediləcək. Hətta onun adına konfranslar keçiriləcək. Bu barədə ətraflı düşünürük".

XƏBƏR LENTİ