İndoneziyanın Çikande sənaye rayonunda qənnadı fabrikində yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Detik" portalı məlumat yayıb.
Məlumata görə, yanğın "PT Fonusa Agung Mulia" qənnadı fabrikində baş verib, zavod binalarından biri yanıb. Xilas edilmiş 16 əməkdaşdan üçü xəstəxanaya yerləşdirilib, qalan 43 işçi isə itkin düşüb.
Yanğının söndürülməsi başa çatmayıb, xilasetmə əməliyyatı davam edir.











































