İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib, ölənlər var

İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib, ölənlər var
DÜNYA
08:15 22.11.2026
59
İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

AZXEBER.COM bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, evdə hazırlanan spirtli içkini qəbul edən 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ölüb.

Spirtli içkilərin hazırlanması və paylanmasında təqsirləndirilən səkkiz nəfər müəyyən edilərək saxlanılıb.
OXŞAR XƏBƏRLƏR