Elektrik stansiyasında yanğın: ölən və yaralananlar var

Elektrik stansiyasında yanğın: ölən və yaralananlar var
DÜNYA
03:46 22.11.2026
118
İraqın cənubundakı Bəsrə vilayətində yerləşən Hərtə elektrik stansiyasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yanğın şənbə günü baş verib. Mülki müdafiə qüvvələri alovu nəzarətə götürüb, lakin yanğın yaxınlıqdakı yaşayış evlərinə də yayılıb. Hadisə səbəbindən elektrik stansiyasının fəaliyyəti dayandırılıb.

Rəsmilər ölən və yaralananların sayının arta biləcəyini istisna etmirlər. Yanğının səbəbi və stansiyaya dəymiş ziyanın miqyası hələlik açıqlanmayıb.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR