Livan Prezidenti: İran ölkəmizin daxili işlərinə müdaxiləni dayandırmalıdır

Livan Prezidenti: İran ölkəmizin daxili işlərinə müdaxiləni dayandırmalıdır
DÜNYA
01:34 22.11.2026
62
Livan İranın ölkənin daxili işlərinə müdaxiləsinə son qoymasını tələb edir.

Bunu Livan Prezidenti Cozef Aun ölkənin müstəqilliyinin 83-cü ildönümü münasibətilə xalqa müraciətində bildirib.

"Livan ordusunun nəzarətindən kənarda olan və Tehrandakı bəzi nüfuzlu şəxslərin maraqlarına xidmət edən silahların dövrü başa çatıb”, – deyə prezident vurğulayıb.

Aun bildirib ki, Livan İran xalqına hörmət edir və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərində maraqlıdır.

"Lakin İran hakimiyyətinə bildiririk ki, dostluq başqa ölkənin qərarlarına müdaxilə etmək hüququ vermir”, – deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, Livan hökuməti bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərarını sona qədər həyata keçirmək niyyətindədir.

O, İranın dəstəklədiyi "Hizbullah” təşkilatının silahlarını Livan ordusuna təhvil verməli olduğunu vurğulayıb.

Aun əlavə edib ki, livanlıların əksəriyyəti dövlət suverenliyinin möhkəmləndirilməsini istəyir, həm İsrail işğalını, həm də İranın müdaxiləsini rədd edir.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR