Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.
AZXEBER.COM Metbuat.az-a istinadla xəbər verir ki, vəfat edən şəxs 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov ehtiyatda olan zabit olub.
Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.











































