İndoneziyanın Sentani şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Sentani şəhərindən 35 kilometr şimal-qərbdə, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, İndoneziya tektonik plitələrin qovuşduğu Sakit okean Odlu halqası üzərində yerləşdiyindən ölkədə seysmik aktivlik yüksəkdir.
Xatırladaq ki, oktyabrın 18-də də İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Həmin vaxt yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə, 10 kilometr dərinlikdə baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
///apa.az











































