“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verilir - FOTO

“Gənclərin  Dayanıqlı Məşğulluğu Proqramı”na start verilir - FOTO
GƏNCLİK
22:50 30.12.2020
957
Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”na start verir

30 dekabr 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə icra etdiyi "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn formatda təqdimatı baş tutub.

Təqdimatda çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd ediblər ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, məşğulluğunun təmin edilməsi, müxtəlif spektrli dəstək mexanizmlərinin mövcudluğu, habelə yenilərinin davamlı olaraq yaradılması ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin məşğulluğunun artırılması hər iki qurumun nizamnaməsində yer almaqla, gündəlik fəaliyyətində də xüsusi önəm daşıyır.

Eyni zamanda, proqramının əsas məqsədinin həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılmasından ibarət olduğu bildirilmişdir.

Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində 3 müxtəlif istiqamət üzrə: "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, "Biznesini Yarat Marafonu”, "Peşəkar Gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.

ü "Peşəkar Gənclik” layihəsi çərçivəsində Bakı kəndləri, Abşeron rayonu və Sumqayıt şəhərində iş axtaran və karyerasını müxtəlif sahələrdə qurmaq istəyən gənclər üçün peşə və ixtisaslarına uyğun mövzularda təlim proqramları təşkil olunacaq. Təlim proqramını uğurla başa vuran gənclər təcrübə proqramlarına yönləndiriləcəklər. Son olaraq isə təcrübə proqramlarını uğurla bitirən gənclər münasib iş ilə təmin olunacaqlar.

* "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsi çərçivəsində gənclərin işlə təmin olunması üçün müxtəlif şirkətlərlə əməkdaşlıq ediləcək.

* "Biznesini Yarat Marafonu” çərçivəsində isə gənclər arasında biznes marafonları təşkil ediləcək. Pandemiyanın şərtlərinə uyğun olaraq marafona müraciətlər video formatda baş tutacaq. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər və həmin müraciətlər "Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan gənclərə ideyalarını reallaşdırmaq üçün aktivlər təqdim ediləcək.

Layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Tədbirdə eyni zamanda Gənclərin Dayanıqlı Məşğulluğu Proqramına müraciət üçün yaradılan www.genc.az saytının təqdimatı da baş tutub. Daha sonra KİV nümayəndələri və gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı