BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq
SOSİAL
15:24 20.09.2019
6810
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. 

Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:45 31.03.2020

İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın

19:24 31.03.2020

Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı

19:10 31.03.2020

Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

18:59 31.03.2020

“Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır” - Prezidentdən xəbərdarlıq

18:51 31.03.2020

Xaçmazlı dərzi 500-dən çox tibbi maska tikərək sakinlərə paylayıb- Foto

18:40 31.03.2020

Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır

17:48 31.03.2020

Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

17:46 31.03.2020

Şəmkirdə müəllimlər könüllü olaraq evdə 1000 ədəd maska düzəltdilər

17:32 31.03.2020

Sabahdan hava dəyişir, güclü külək əsəcək - XƏBƏRDARLIQ

17:21 31.03.2020

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı bilinməyənlər

17:11 31.03.2020

Bu bələdiyyələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri başlanılıb - SİYAHI

17:04 31.03.2020

Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur"

17:02 31.03.2020

Ukraynanın məşhur portalı korronavirus təşvişindən qorunmaq üçün Azərbaycanı nümunə göstərdi

16:56 31.03.2020

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

16:52 31.03.2020

Dövlət başçısı: "Əsas məqsəd pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır"

16:47 31.03.2020

Son dəqiqə! Bakı metrosu bağlandı