Missisipidə 152 ildən sonra ilk qaradərili senator seçildi

Missisipidə 152 ildən sonra ilk qaradərili senator seçildi
DÜNYA
11:04 12.11.2026
44
Missisipidə 152 ildən sonra ilk qaradərili senator seçilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Associated Press” (AP) agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə əsasən, demokrat Skott Kolom Missisipi ştatından senator seçilib.

Kolom 1874-cü ildən bəri bu ştatdan ABŞ Senatına seçilən ilk qaradərili şəxs olub.

Missisipidə nəticələrin açıqlanmasından sonra noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar 55, respublikaçılar isə 44 yer qazanıblar.

Alyaska ştatında Senat mandatı uğrunda mübarizənin qalibi isə hələ müəyyənləşməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR