Avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DÜNYA
08:52 12.11.2026
54
Türkiyədə xidməti avtobusla minik avtomobili toqquşub.

AZXEBER.COM yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sivas şəhərinin Suşehri rayonunda qeydə alınıb.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar Suşehri Dövlət Xəstəxanasına aparılıb. Onlarda ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR