22 yaşlı futbolçu məşq zamanı öldü

22 yaşlı futbolçu məşq zamanı öldü
İDMAN
06:23 12.11.2026
65
Fransanın "Sen-Deni" klubunun futbolçusu Vanis Onsor vəfat edib. 22 yaşlı idmançının məşq zamanı ürəyi dayanıb.

Bu barədə futbolçunun yetirməsi olduğu "Ruan 1899" klubunun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

"'Ruan 1899' futbol klubu bu gün səhər Vanis Onsorun qəfil vəfatı xəbərini böyük kədərlə qarşılayıb. O, 'Sen-Deni' klubu ilə məşq zamanı ürəyinin dayanması nəticəsində dünyasını dəyişib. Gənclər və əvəzedici komandaların heyətində qırmızı formanı geyinmiş futbolçu klubumuzun yetirməsi olub", - deyə klubun bəyanatında bildirilib.

Onsor "Ruan 1899"un əsas komandasında Fransa çempionatının üçüncü divizionu olan Milli Liqada üç oyun keçirib və bir qol vurub. Futbolçu yanvar ayında "Fler" klubundan "Sen-Deni"yə keçib.
 
///milli.az
OXŞAR XƏBƏRLƏR