"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb

"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
İDMAN
08:29 11.11.2026
47
"Trabzonspor" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə "Sabah"a məğlub olduğu üçün baş məşqçi Selçuk Ernakla yolları ayrıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Basketbol komandamızda baş məşqçi olan Selçuk Ernak vəzifəsindən uzaqlaşdırılıb. Ona bundan sonrakı karyerasında uğurlar arzulayırıq", - klubdan bildirilib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında reallaşan görüş "Sabah"ın qalibiyyəti ilə bitib - 91:72
OXŞAR XƏBƏRLƏR