Məşhur futbolçunu Dubayda ventilyatorla gəzdirdilər

Məşhur futbolçunu Dubayda ventilyatorla gəzdirdilər
İDMAN
02:03 11.11.2026
78
"Real”ın braziliyalı ulduzu Vinisius Junior Dubayda qeyri-adi görüntüləri ilə gündəmə gəlib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən 26 yaşlı futbolçu istirahət üçün Dubaya yollanıb.

İsti havadan narahat olan futbolçunu sərinlətmək üçün əməkdaşlar onu müşayiət ediblər. Görüntülərdə əməkdaşlardan birinin Vinisiusu günəşdən qorumaq üçün başı üzərində çətir tutduğu, digərinin isə ventilyatorla sərinlətdiyi əks olunub.

Onun küçədə bu şəkildə gəzməsi ətrafdakıların diqqətini çəkib.

Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
OXŞAR XƏBƏRLƏR