Ölmüş namizəd seçkidə qalib gəldi

Ölmüş namizəd seçkidə qalib gəldi
DÜNYA
01:28 11.11.2026
29
ABŞ-nin Kaliforniya ştatında Kalaveras dairəsinin Nəzarət Şurasına namizəd Bryus Cudiçi vəfatından iki aydan çox vaxt keçdikdən sonra seçkidə qalib gəlib.

"KCRA 3" telekanalının və seçki komissiyasının məlumatına görə, avqustun 31-də vəfat edən Cudiçi səslərin 56,99 faizini toplayaraq rəqibi Klayd Kleppi qabaqlayıb.

Cudiçi seçki kampaniyası çərçivəsində seçicilərlə görüşərkən evlərdən birinə yaxınlaşdığı zaman yamacdan yıxılaraq həyatını itirib. Onun ölümündən sonra seçki qərargahı namizədliyini geri götürməmək qərarına gəlib.
 
Ştatın qanunvericiliyinə görə, vəfat etmiş namizəd seçkidə qalib gəldikdə, həmin vəzifəyə yeni şəxs seçilənədək qubernator müvəqqəti əvəzləyici təyin edə bilər.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR