Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı

Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı
SOSİAL
08:03 12.11.2026
44
Bakıda sahibkar döyülüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Gülçülük sovxozu" ərazisindəki toyuq kəsimi sexində baş verib.

Belə ki, sexin sahibi qadın işçiyə işində yol verdiyi nöqsana görə irad bildirib. Qadın evə gələrək ərinə müdirin ona irad tutduğunu danışıb.

Bundan qəzəblənən kişi kəsim sexinə gedərək müdiri çağırıb və həyat yoldaşına nə üçün irad tutduğunu soruşub. Sex sahibi isə qadının işində nöqsana yol verdiyini bildirib.

Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və qadının əri sex sahibini döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. O, yumruq zərbələri ilə sahibkarın dörd dişini də sındırıb.

Hadisə yerinə gələn polis əməkdaşları qadının ərini saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı sahibkara dəymiş ziyan ödənildiyindən cinayət işinə xitam verilib.
OXŞAR XƏBƏRLƏR