Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.










































