Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var
HADİSƏ
10:18 12.11.2026
27
Bakı-Qazax magistral yolunda avtomobil aşıb.

Hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1992-ci il təvəllüdlü A.Müslümanov, 1999-cu il təvəllüdlü E.Həmzəyev və 1987-ci il təvəllüdü Ş.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlardan A.Müslümanova göstərilən tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR