Bu gün saat 12:20-də Bakı şəhəri, Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə Namiq Nuru oğlu Babayevin idarə etdiyi, 77-TC-498 dövlət qeydiyyat nişanlı "KIA Rio" markalı avtomobillə yolda dönmə manevri edən zaman 77-HP-162 dövlət nömrə nişanlı "Lada Granta" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi nəticəsində baş verib.
Qəza nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Qabil Qabil oğlu Xudiyev və sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıb.