Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
SİYASƏT
15:45 07.11.2026
51
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır".

AZXEBER.COM "Oxu.A”a istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüsü ilə keçirilən "MaskOFF" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Keçirilən tədbirdə gənclər iştirak ediblər. Hökumət rəhbəri, həmçinin 2029-cu ildə Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin tətbiqinə dair qərarın veriləcəyinə və akademik şəhərciyin inşasına başlanacağına inandığını qeyd edib.

O əlavə edib ki, sülh bərqərar olduğu təqdirdə, bu və ya digər layihələrin icrasına maneə yaranmayacaq.

"Başlıca vəzifələrin - əldə olunan sülhün hüquqi müstəviyə keçirilməsi, iqtisadi dayanıqlıq və enerjidən asılılığın aradan qaldırılmasının yüz faizlik zəmanətini kimsə verə bilməz, bu hədəflərə çatmaq çətin olsa da, mümkünsüz deyil", - deyə ölkə lideri vurğulayıb.

Bu hədəflərin reallaşması üçün baş nazir təkcə gənc nəsil arasında deyil, eləcə də bütün cəmiyyətdə təhsilin çox vacib rol oynadığını diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR