Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.
"Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır”, - məlumatda deyilir.











































