Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
SOSİAL
15:15 07.11.2026
51
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə mühakimə olunub.

Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi, 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20-də küçədə onu bıçaqlayıb.

Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti tətbiqi ilə şərti sayılıb.
OXŞAR XƏBƏRLƏR