Yaponiyada 5,6 maqnitudalı zəlzələ baş verib

Yaponiyada 5,6 maqnitudalı zəlzələ baş verib
DÜNYA
16:40 07.11.2026
49

Yaponiyanın Honsyu adasında, Tokio yaxınlığında yerləşən İbaraki prefekturasının sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidmətinin funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.

Məlumata görə, sunami təhlükəsi yoxdur.

OXŞAR XƏBƏRLƏR