Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
DÜNYA
08:06 07.11.2026
50
Rusiya ordusu noyabrın 7-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərini və vilayətini ballistik raketlərlə vurub.

Axşam saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.

Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 20-yə yaxın ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik infrastrukturları olub.

Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.

Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.

Hazırda Kiyevə zərbə dronları ilə hava hücumu davam edir.
 
///azərtac
OXŞAR XƏBƏRLƏR