“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi

“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
SOSİAL
07:19 07.11.2026
29
"Artıq 30 ildir ki, imzam "Günel Natiq” kimi tanınır. Məni nə efirdə, nə də hazırda rəsmi sənədlərimdə istifadə etmədiyim rus sonluqlu bir familiya ilə ensiklopediyaya daxil etmək 30 illik imzamı itirib-batırmaq deməkdir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri yazıçı Günel Natiq sosial şəbəkə hesabında paylaşıb.

O, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyada soyadının fərqli formada qeyd olunmasına etiraz edib.

Günel Natiq qeyd edib ki, 30 ildir efirə "Günel Natiq” imzası ilə çıxır və 4-5 ildir rəsmi soyadı da Natiqdir:

"Mən bir gün belə efirə o vaxtkı rəsmi soyadımla çıxmamışam. Artıq 30 ildir ki, imzam "Günel Natiq” kimi tanınır. 4-5 ildir ki, rəsmi soyadım da Natiqdir. Təbii ki, dinləyici ensiklopediyada məni axtararkən "Natiq” soyadı ilə axtaracaq. Ensiklopediyaya baxan da məni bu adla tanımalıdır, çünki efirə bu adla çıxmışam”.
 

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR