Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
DÜNYA
05:13 07.11.2026
43
Şotlandiyada "Bonfire Night” bayramı zamanı baş verən iğtişaşlarla əlaqədar azı 7 nəfər saxlanılıb, polis avtomobili yandırılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım işçiləri hücuma məruz qalıblar.

AZXEBER.COM "Sky News”a istinadla xəbər verir ki, noyabrın 5-də axşam saatlarında ölkənin müxtəlif bölgələrində baş verən zorakılıq hadisələri ilə əlaqədar genişmiqyaslı polis əməliyyatı keçirilib.

Qlazqo şəhərində yerli vaxtla saat 20:00 radələrində xəsarət alan şəxs barədə daxil olan məlumat əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Lakin əraziyə çatan əməkdaşlar atəşfəşanlıq vasitələri ilə hücuma məruz qalıblar. Nəticədə bir polis əməkdaşı və bir təcili tibbi yardım işçisi yüngül xəsarət alıb. Polis mikroavtobusu isə yandırılıb. Hadisə ilə əlaqədar 16 yaşlı yeniyetmə saxlanılıb. Şotlandiyanın digər ərazilərində də yanğınsöndürənlərə qarşı hücumlar qeydə alınıb. Polis hadisələrlə bağlı araşdırmalarını davam etdirir.

Qeyd edək ki, "Bonfire Night” Böyük Britaniyada hər il noyabrın 5-də qeyd olunan ənənəvi bayramdır. Bayramın tarixi 1605-ci ilə gedib çıxır. Həmin il Qay Foks və onun tərəfdarları İngiltərə parlamentinin binasını partlatmağa və Kral I Ceymsi öldürməyə cəhd ediblər. Lakin sui-qəsd planının qarşısı alınıb. Bu hadisənin xatirəsinə Böyük Britaniyada hər il noyabrın 5-də tonqallar qalanır, atəşfəşanlıq nümayişləri təşkil olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
05:23 07.11.2026
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
05:13 07.11.2026
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
05:03 07.11.2026
Zelenski: ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı dayandırıb
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
04:53 07.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
04:43 07.11.2026
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
04:33 07.11.2026
Tramp İranla danışıqların davam etdiyini aşıqlayıb
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
04:23 07.11.2026
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
04:13 07.11.2026
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
04:03 07.11.2026
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
03:53 07.11.2026
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
03:43 07.11.2026
Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
03:33 07.11.2026
“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
03:23 07.11.2026
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Meqan Marklın atası saxlanıldı
03:13 07.11.2026
Meqan Marklın atası saxlanıldı
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
03:03 07.11.2026
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır
02:53 07.11.2026
Sorğu: Ermənistan vətəndaşlarının 50 %-dən çoxu növbədənkənar parlament seçkilərinin tərəfdarıdır