ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Marklı uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaqda ittiham edərək tutublar.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 82 yaşlı Tomas Markl noyabrın 6-da Florida ştatında yaşlılara qulluq müəssisəsində saxlanılıb.
İstintaqın məlumatına görə, FTB əməkdaşları onun Los-Anceles ərazisində icarəyə götürdüyü iki anbarda axtarış aparıblar. Axtarışlar zamanı uşaqların cinsi istismarını əks etdirdiyi ehtimal olunan materiallar aşkarlanaraq götürülüb.
Daha əvvəl "The Sun" nəşri Tomas Marklın belə materialları saxlamaqda şübhəli bilinərək araşdırmaya cəlb olunduğunu yazmışdı. Markl isə ittihamları rədd edib.











































