Yadplanetlilər həqiqətən varmı? - Maskın diqqətçəkən paylaşımı

Yadplanetlilər həqiqətən varmı? - Maskın diqqətçəkən paylaşımı
DÜNYA
01:36 07.11.2026
52
"SpaceX" şirkətinin rəhbəri İlon Mask kainatda yadplanetli sivilizasiyaların mövcudluğunu göstərən hər hansı əlamətin indiyədək aşkarlanmamasından narahatlığını ifadə edib.

Milyarder bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yadplanetlilərin mövcudluğuna dair hələ də heç bir əlamət görməməyimiz məni çox narahat edir", – deyə Mask bildirib.

Qeyd edək ki, o, bu ilin əvvəlində ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyətin yadplanetlilər və yerdənkənar sivilizasiyalarla qarşılaşa biləcəyini söyləmişdi. Bununla belə, Mask üç il əvvəl kainatda başqa sivilizasiyaların mövcudluğunu inkar edirdi.

Digər tərəfdən, ABŞ-da may ayından etibarən naməlum uçan obyektlərlə bağlı sənədlər ictimaiyyətə açıqlanır. Həmin materiallarda bu hadisələr naməlum anomal hadisələr kimi təsnif edilir.

Oktyabrın sonunda yayımlanan son sənədlər arasında ABŞ-ın Rosvell hərbi bazasının keçmiş zabiti Uolter Hautun ehtimal olunan kosmik gəmi qəzası və hadisə yerində yadplanetlilərin cəsədlərinin tapılması barədə danışdıqları da yer alıb.

Xatırladaq ki, İlon Mask daha əvvəl Ayda və Marsda yaşayış şəhərləri salmağı planlaşdırdığını açıqlamışdı.
 
///bakuws
OXŞAR XƏBƏRLƏR