Məxfi silah sistemi yaradılır: Yeri vuracaq

Məxfi silah sistemi yaradılır: Yeri vuracaq
DÜNYA
00:23 07.11.2026
24
Almaniyaya məxsus "Atmos Space Cargo" şirkəti hədəf məsafəsinin qeyri-məhdud olduğu bildirilən kosmos-yer tipli yeni məxfi silah sisteminin yaradılması üzərində çalışır.

Nəşrin məlumatına görə, layihəyə əsasən, peykdən xüsusi qoruyucu aparatın daxilində adi yüksək dəqiqlikli mərminin buraxılması nəzərdə tutulur. Bu aparat mərmini atmosferdə yanmaqdan qorumalıdır.

Şirkətin baş direktoru Sebastyan Klaus istehsalın genişləndirilməsi, həmçinin hüquqi və siyasi məsələlərin həlli məqsədilə müdafiə sənayesindən MBDA kimi böyük bir tərəfdaşı cəlb etmək niyyətində olduqlarını bildirib.

Layihə hazırda ilkin mərhələdədir: onun texniki cəhətdən həyata keçirilməsi və iqtisadi baxımdan məqsədəuyğunluğu hələlik sual altındadır. Hərbi mənbənin qiymətləndirməsinə görə isə bu növ mərmilərin uçuş trayektoriyasını aşkar etmək kifayət qədər asan olacaq.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR